Bu gün Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul edəcək.

İqtisadiyyat.az xəbər verir ki, məsələ parlamentin oktyabrın 6-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.