Cari ilin 10 ayında xarici ticarət balansında profisit 15 mlrd dollar olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, anti-inflyasiya tədbirləri inflyasiya yavaşlamasına şərait yaradıb: “Nəticədə 2023-cü ilin 9 ayında inflyasiya 10,9% təşkil edib”.