Bakı-Quba yolunda yerləşən “Elmar-94” MMC qida istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, orada yoxlamalar aparılıb.

Bu zaman obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar olunub.

Buna görə də müəssisə barədə protokol tərtib olunub və Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İş icraata götürülüb və hakim Zaur Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmə müraciəti təmin etsə, müəssisə cərimələnəcək.

Qeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Elmar-94” MMC 2007-ci ildə yaradılıb.