Mərakeşdə dondurulmuş balıqlarda 1,37 ton kokain aşkarlanıb.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə "Maghreb Arabe Presse" məlumat yayıb.

Konteynerlərdə gizlədilən şübhəli yüklə bağlı məlumat Krallığın Milli Təhlükəsizlik Baş İdarəsinə daxil olub.

Narkotik vasitənin mənşəyi və Mərakeşə çatdırılma marşrutunun müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, dondurulmuş balıq olan konteyner İspaniya vasitəsilə Latın Amerikası ölkələrindən gəlib.