Meksikada koronavirus (COVID-19) infeksiyasına 4 853 yeni yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan274 nəfər vəfat edib. 

Ölkədə ümumilikdə 439 046 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Mülaicə alan 289 394 nəfər sağalıb, 47 746 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 101 906 nəfərdir.