Meksikanın Miçoakan əyalətində çuxurda aparılan qazıntılar nəticəsində 132 nəfərə məxsus sümüklər aşkar edilib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, qəsəbədəki çöl ərazidə qazıntı işləri aparılıb.

Aparılan işlər nəticəsində gizli çuxurdan 132 nəfərə məxsus sümüklər çıxarılıb.

Sümüklər Ədliyyə Tibb Mərkəzinə aparılıb ki, şəxsiyyətin müəyyənləşdirilməsi işlərinə başlansın. Qazıntı işlərinin isə davam edəcəyi açıqlanıb.

 

Gözəl Həşimova