"Müstəqil Dövlətlər Birliyinin (MDB) xarici işlər nazirləri İsrail və Fələstin arasında danışıqların aparılmasının və atəşkəsin tərəfdarıdırlar".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, nazirlər münaqişə ilə bağlı ümumi mövqenin razılaşdırılması imkanlarını nəzərdən keçirəcəklər:

"Bu münaqişə dərhal dayandırılmalı, beynəlxalq humanitar hüquq normalarına riayət edilməli, terror aktlarının hər hansı təzahürlərinə və ayrı-seçkilik olmadan güc tətbiqinə yol verilməməlidir”.

 

Gözəl Həşimova