Bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) xarici işlər nazirlərinin görüşü keçirilib. Görüş zamanı razılaşdırılan sənədlər arasında rus dilini millətlərarası ünsiyyət dili kimi dəstəkləyən bəyanat da var. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kommersant"ın müxbiri Anastasiya Dombitskaya bildirib .

Bişkekdə keçirilən görüşdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın xarici işlər nazirləri və Ermənistan Xarici İşlər Nazirliyinin rəis müavini bir sıra sənədlərlə bağlı razılığa gəliblər. 

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib: "Görüş zamanı rus dili üzrə beynəlxalq təşkilatın yaradılmasını nəzərdə tutan sənəd təsdiq edilib. Bu təşkilat istənilən maraqlı ölkə, o cümlədən MDB-yə daxil olmayanlar üçün açıq olacaq".

Məlumata görə, bu sənəd oktyabrın 13-də keçiriləcək sammitdə dövlət başçılarına təhvil veriləcək.

 

Gözəl Həşimova