Martın 28-də Ukrayna və Polşa hökumətlərinin birgə iclasının keçirilməsi planlaşdırılır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat və Ticarət Nümayəndəsinin müavini Taras Kaçka Ukraynanın TSN telekanalına müsahibəsində bildirib.

"Polşa hökuməti və biz 28 mart tarixi üzərində işləyirik, çünki o zaman iki ölkənin hökumətlərinin birgə iclası keçirilməlidir", - o, Ukrayna-Polşa sərhədindəki vəziyyətlə bağlı suala cavabında deyib.

O, həmçinin iddia edib ki, Kiyevin Polşa hökuməti ilə heç bir problemi yoxdur, onunla danışıqlar zamanı sərhəddəki etirazlar probleminin həlli məqsədilə "ortaq anlaşma" tapıblar: "Ancaq qərar bizim hazırladığımız həllərin etiraz edənlərə nə qədər məharətlə təqdim olunacağından, onları nə qədər inandıracağımızdan asılıdır".