Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin Dimona şəhərində baş verdiyi iddia edilən nüvə hadisəsi ilə bağlı məlumatlı deyil.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə MAQATE-dən bildirilib. 

Bundan əvvəl mediada İsrailin Dimonadakı nüvə tədqiqat mərkəzində insident baş verdiyi barədə xəbərlər yayılsa da, hadisənin təfərrüatları açıqlanmayıb.

"Biz bu xəbərlə bağlı heç bir məlumat almamışıq", - təşkilatın mətbuat xidmətindən bildiriblər.