Azərbaycanda maliyyə bazarları sahəsində aparılan yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna uyğun olaraq tənzimlənəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.