Malayziya hökuməti İsrail bayrağı altında üzən gəmilərin ölkə limanlarına buraxılmaması barədə qərar qəbul edib.  

İqtisadiyyat.az "New Straits Times"a istinadən xəbər verir ki, bu barədə Malayziya Baş naziri Ənvər İbrahim bildirib.

Bundan əlavə, Malayziya Fələstin-İsrail münaqişəsinin kəskinləşdiyi bir vaxtda İsrailin "ZIM" gəmiçilik şirkətinə liman infrastrukturundan istifadə etməyi qadağan edib.

Bildirilib ki, İsrailə gedən istənilən gəmilərə Malayziya limanlarında yük yükləmək qadağandır.

 

Gözəl Həşimova