"Dünyada yeni böhranların yaranmasına baxmayaraq, Fransa Ukraynanı davamlı şəkildə dəstəkləyəcək".

İqtisadiyyat.az xəbrə verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı zamanı bildirib.

"O, Ukrayna prezidentini əmin edib ki, böhranların sayının artması Ukraynanın Fransa və Avropadan dəstəyini heç bir şəkildə zəiflətməyəcək, bu dəstək lazım olduğu qədər davam edəcək", - Yelisey Sarayının bəyanatında deyilir.

Makron həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib və yaxınlaşan qış fonunda Kiyev hakimiyyətinin ehtiyaclarına toxunub. Onlar həmçinin ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər və yaxın təmaslara davam etməyə razılaşıblar.