Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto Rusiya Enerji Həftəsində iştirak etmək üçün Moskvaya gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə XİN rəhbəri özünün "Facebook" səhifəsində yazıb.

O, həmçinin Rusiya baş nazirinin müavini Aleksandr Novakla enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Bundan əvvəl Szijarto Moskvada Novakla energetika sahəsində mövcud razılaşmaların həyata keçirilməsini müzakirə etmək niyyətində olduğunu açıqlamışdı. O qeyd edib ki, Macarıstanın Rusiya ilə neft və qaz tədarükü ilə bağlı yeni sazişlərə ehtiyacı yoxdur, çünki mövcud uzunmüddətli müqavilələri var.