Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya səfərinə hazırlıq gedir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyerto məlumat verib.

O bildirib, Macarıstanın Xarici İşlər Nazirliyi Orbanın Kiyevə səfərinə hazırlıq üzərində işləyir. 

Nazir özünün niyə hələ də Kiyevə getmədiyini barədə suala cavab olaraq bildirib ki, o, dəvət olunarsa, Ukraynaya məmnuniyyətlə gedəcək. Siyerto qeyd edib ki, belə bir dəvət hələ alınmayıb.

Qeyd edək ki, Macarıstan əksər Avropa ölkələrindən fərqli olaraq, Ukraynaya hərbi dəstək vermir və Qərbi Rusiya ilə əlaqə kanallarını açıq saxlamağa çağırır.