"Varşavada hazırlanan Ukraynanın parçalanması və qərb hissəsinin qoparılması planları qəbuledilməzdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Strelnada rusiyalı həmkarı Vladimir Putinə deyib.

"Qərbi Ukraynanın ayrılması, Ukraynanın parçalanması bizim üçün qəbuledilməzdir", - Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pool One" Telegram kanalı Lukaşenkodan sitat gətirib.

Daha əvvəl Rusiya Təhlükəsizlik Şurası ilə operativ iclasda Putin də diqqəti bu məsələyə yönəltmişdi: "Polşa liderləri, görünür, NATO himayəsi altında hansısa koalisiya yaratmağı və Ukrayna münaqişəsinə birbaşa müdaxilə etməyi, sonra isə özlərinə daha böyük parça qoparmağı gözləyirlər".