London Metropoliten Polisi əməkdaşlara aid şəxsi kartların istehsalı ilə məşğul olan şirkətə edilən kiberhücum nəticəsində 47 min polis əməkdaşının adlarının, fotoşəkillərinin, rütbələrinin və vəzifə yerlərinin oğurlanması ehtimalını araşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb. 

Məlumata görə, hakerlər London Metropolitan Polisi əməkdaşlarının şəxsi kartlarını hazırlayan şirkətə kiberhücum edib.

Hücum nəticəsində 47 min polis məmurunun adları, fotoşəkilləri, rütbəsi və vəzifə yeri məlumatlarının terror təşkilatları və ya qrupların əlinə keçməsi ehtimalına qarşı Böyükşəhər Polisi və Milli Cinayət Agentliyi xəbərdarlıq edib.

London Metropolitan Polisi rəsmiləri "Sky News"a verdiyi açıqlamada bildirib: "Bizə polislə işləyən bir şirkətin sistemlərinə icazəsiz giriş olduğu barədə məlumat verildi. Böyükşəhər Polisinin məlumatlarına icazəsiz daxil olunub-olunmadığını anlamaq üçün həmin şirkətlə birlikdə araşdırma aparırıq".

Polis rəsmiləri də lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü bildiriblər.