Lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, “Lombardlar Haqqında” qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur.

“Bildiyiniz kimi lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanlara müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, həm girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onları geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə rastlaşmamasıdır”,- deyə T. Mirkişili qeyd edib.

Tahir Mirkişili fikirlərinin davamında “Bununla yanaşı lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulurki, bu da rəsmi fəaliyyətə olanlar barədə məlumat toplamağa imkan yaradacaq.Bu sahə elə bir sahədir ki, burada biz ciddi tənzimləməyin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır”,- deyə qeyd edib.