Hizbullahın hava hücumundan müdafiə sistemləri Livanın cənubundakı mövqelərinə hücum edən İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrə atəş açıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hizbullahın informasiya xidməti öz "Telegram" kanalında məlumat yayıb.

"İsrail təyyarələri Cəbel Reyhan, Sujud və Əl-Cəbbur əraziləri üzərində aşağı hündürlükdə uçurdu. Hücumu dəf edərkən 6 əsgər həlak olub", - məlumatda deyilir. 

Bundan əvvəl İsrailin pilotsuz uçuş aparatları Hizbullahın nəzarəti altında olan İqlim əl-Tuffah bölgəsinə hücum edib. Bu, İsrail Hərbi Hava Qüvvələrinin Litani çayı boyunca Hizbullah mövqelərinə ilk hücumudur.

"Əl Hadath" telekanalının məlumatına görə, Livan-İsrail sərhədində eskalasiya başlayandan bəri Hizbullah 17 üzvünü itirib.