Litva silahlı qüvvələri üçün ABŞ-dən aldığı 35 ədəd JLTV (Birgə Yüngül Taktik Vasitə) çoxməqsədli zirehli maşının partiyasını təhvil alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu mobil zirehli texnikanın alınması ordumuzun modernləşdirilməsinin vacib aspektlərindən biridir. Bu cür gücləndirmə potensial düşmənin qarşısının alınması səviyyəsini əhəmiyyətli dərəcədə artırır", - Müdafiə naziri Arvydas Anusauskas qeyd edib.

Vilnüs "Oshkosh Defence" tərəfindən istehsal olunan M1278A1 modifikasiyalı JLTV zirehli maşınlarının alınması üçün iki müqavilə imzalayıb. Birincisi çərçivəsində Litva bu avadanlıqdan 200 ədəd alıb. İkincisi daha 300 avtomobil təmin edəcək.