Azərbaycan ərazisində mayın 4-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gecə və axşam, əsasən, şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şərq rayonlarında leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-21 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.