Polşanın Baş naziri Mateuş Moravetskinin Kiyevə səfəri çərçivəsində Polşanın artıq bu gün Almaniyaya məxsus Leopard 2 tanklarını Ukraynaya göndərəcəyi bildirildi.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yaymışdı. Polşanın Müdafiə naziri Mariuş Blaşak isə bu məlumatı təsdiq edib.

O, prezident Anjey Dudanın milli təhülkəsizliklə bağlı keçirdiyi iclasda məruzə edərək bildirib ki, sözügedən tankların ilk partiyası artıq Ukraynadadır.