Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonun Göyşaban kəndi ərazisindən keçən hissəsində bas verib. Yolu keçmək istəyən piyada, rayonun Boladi kənd sakini - 1959-cu il təvəllüdlü Əyyaz Turab oğlu Heydərovu avtomobil vurub. Sürücü dərhal onu Lənkəran Rayon Mərkəzi xəstəxanasına catdırıb.

Yaralıya ilkin tibbi yardim göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.