Sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri yeni qaydada ödəniləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 6-da keçirilən iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Sənəd layihəsinə əsasən, səkkizinci növbədə dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar, həmçinin, sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində rüsumlarla və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun ilə müəyyən edilən icbari ödənişlərlə bağlı yaranmış tələblər ödəniləcək.