Ləğv edilən “Xətai Tikinti Mexanizasiya” ASC-nin qanuni təmsilçisi Alıyev Azim Mikayıl oğlunun Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı məhkəməyə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək A.Alıyevin ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib.

Buna səbəb isə yığılan vergi borcunun ödənilməməsidir. Əldə etdiyimiz məlumata görə, şirkətin vergi borcu 32 min manatı ötüb.

Məhkəmə işi hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmə baxışı dekabrın 28-nə təyin edilib.

Əgər məhkəmə iddianı təmin etsə, A.Alıyevin Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, “Xətai Tikinti Mexanizasiya” ASC mətbuatda qalmaqallı şirkət kimi yadda qalıb.