Rusiyanın xarici işlər naziri Sergey Lavrovl və Ermənistanlı XİN rəhbəri Ararat Mirzoyan telefonla danışıblar.

İqtisadiyyat.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat paylaşıb. 

Telefon danışığının Ermənistan tərəfindən təklif edildiyi bildirilib. 

XİN rəhbərləri Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli sazişləri müzakirə edib və Azərbaycanla Ermənistan arasındakı sülhv müqaviləsindən danışıblar.