Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

İqtisadiyyat.az xəbər verir ki, hazırda aksiya yerindən Xankəndindən Laçın istiqamətə istiqamətinə 3 minik avtomobili və 7 yük avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.