Küveytin rəsmi televiziyasında saat 12:00-da başlayacaq proqramda Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə “Küveyt sizinlədir” mövzusu ilə yardım kampaniyası təşkil ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Küveytin sosial işlər və sosial inkişaf naziri, eləcə də qadın və uşaq məsələləri üzrə dövlət naziri ölkəsinin KUNA xəbər agentliyinə bildirib ki, yardım kampaniyası Küveyt əmiri Şeyx Nəvaf əl-in göstərişi ilə həyata keçirilir.  Kampaniyanın saat 12.00-dan 00:00-a qədər davam edəcək.

Qeyd edək ki, Qətər Televiziyası da dünən zəlzələdən zərərçəkənlər üçün “Yardım və dəstək” adlı yardım kampaniyası təşkil edib.