Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli İqtisadiyyat.az-a bildirib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin təfərrüatları barədə əlavə məlumat olacaq.