Rusiya ordusu genişmiqyaslı hücum qabiliyyətini gələn ilin yanvar-fevral aylarında bərpa edə bilər.

İqtisadiyyat.az-ın xəbərinə görə, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba yerli KİV-lərə müsahibəsində deyib.

“Elan edilmiş səfərbərliyi, ağır texnikanın hərəkətini və çağırışçıların təlimlərini nəzərə alsaq deyə bilərəm ki onlar hələ də bizim müdafiəmizi yararaq ölkənin dərinliklərinıə getmək ümidini itirməyiblər” – deyə diplomat bildirib.