KTMT-yə üzv dövlətlərin parlamentariləri müvafiq komitələrə rəhbərlik edərək, kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və təşkilatın qərargahının prioritet fəaliyyət istiqamətlərinin həyata keçirilməsini müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç məlumat verib.

"İşçi iclasın iştirakçıları kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, Qazaxıstan Respublikasının 2024-cü ildə təşkilatda sədrliyi dövründə KTMT-nin fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi və sənədlərin hazırlanması və birgə tədbirlərin keçirilməsində qarşılıqlı fəaliyyətin cari məsələlərini müzakirə ediblər", - məlumatda qeyd edilib.

Görüşdən sonra Baş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov KTMT Parlament Assambleyasının strukturları ilə sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.