2023-cü ilin ikinci yarısında kriptovalyutaları çətin bir proses gözləyir. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) son iclasında uçot dərəcəsini artırmasıkriptovalyutaların geri çəkilməsinə səbəb olub. 

İdarə Heyətinin sədri Cerome Povellin “Lazım gələrsə, pul siyasətini sərtləşdirməyə davam edəcəyik” açıqlaması isə FED-in sərt pul siyasətini ilin sonuna qədər davam etdirəcəyi ehtimalını artırıb. Bu ehtimal ilin ikinci yarısında yüksəlməsi gözlənilən kriptovalyutalarla bağlı vəziyyəti yenidən çətinləşdirib. 

"Coinmarketcap" məlumatlarına görə, kriptovalyutaların ümumi bazar kapitallaşması təxminən 1,2 trilyon dollar təşkil edir. Kriptovalyutaların bazar dəyəri bu il 1,5 trilyon dollara yaxınlaşmayıb. 

Gülşən Şərif