Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş razılaşdırılmayıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. Eyni zamanda, bildiyiniz kimi, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü nəzərdə tutulub. Burada azı üç iştirakçının məsələni müzakirə etmək imkanı olacaq”, - D.Peskov deyib.

Daha əvvəl MDB ölkələri liderlərinin növbəti qeyri-rəsmi görüşünün dekabrın sonunda Sankt-Peterburqda keçiriləcəyi bildirilmişdi.