İki Balkan ölkəsi Serbiya və Kosovo arasında bir müddət gərginliyin artmasına səbəb olan barrikada problemi 3-cü günündə davam edir.


İqtisadiyyat.az xəbər verir ki, keçmiş serb polis zabiti Dejan Pantiçin saxlanmasına etiraz olaraq dekabrın 10-da Kosovonun şimalındakı Jarinje və Bernjak sərhəd qapılarına gedən yolları barrikada quran kosovo serbləri bu gün bölgədə keşikçiliyini davam etdirib.

Maşınlarla yolu bağlayan maneələrlə bağlı açıqlama verən Kosovo polisi şimalda vəziyyətin eyni olduğunu və sərhəd qapılarının bağlı qaldığını açıqlayıb.

Serbiyanın baş naziri Ana Brnabiç də beynəlxalq qurumların "barrikadalar" vasitəsilə serblərin səsini eşitdiyini müdafiə edərək, Pantiçin barəsində heç bir sübut olmadan saxlanıldığını və onun ürək xəstəsi olduğunu bildirib.