“Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir”.
APA-nın məlumatına görə, MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı "Tibbi sığorta haqqında"  qanunun müzakirəsi zamanı deyib.
M. İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin: “Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm”.