Dünyada koronavirusa yoluxanların sayı 2 831 785 nəfərə çatıb.

Virusdan ölənlər 197 306, sağalanlar isə 806 953 nəfər təşkil edir. Ölkələr arasında virusa ən çox yoluxma (925 232) və ölüm (52 193) ABŞ-da qeydə alınır. İlk onluğa daxil olan sərhəd qonşularımız Türkiyədə 104 912 yoluxma və 2 600 ölüm, İranda 88 194 yoluxma və 5 574 ölüm, Rusiyada isə 68 622 yoluxma və 615 ölüm halı müşahidə edilib.

Azərbaycanda 1 592 yoluxma, 21 ölüm faktı var. 1 013 nəfər sağalıb.