Dünyada 1 518 773 koronavirusa yoluxan insan var.

Bu barədə Oxu.Az-ın onlayn statistikasındaqeyd olunub.

Virusdan 88 505 nəfər həyatını itirib, 330 589 nəfər isə sağalıb.

Koronavirusa ən çox yoluxma faktı ABŞ-da qeyd olunub. Burada 435 128 nəfər virusa yoluxub. Virusdan ölənlər isə 14 795 nəfər təşkil edir.

Ən çox sağalma sayı 48 021 olmaqla, İspaniyadadır. Bu dövlətdə 148 220 virusa yoluxma faktı qeydə alınıb.

Qonşu Türkiyə virusa yoluxma halı qeyd olunan dövlətlər sırasında səkkizinci yerdədir. Burada 38 226 virusa yoluxma qeyd olunub, 812 nəfər ölüb.