Beynəlxalq Valyuta Fondu (İMF) koronavirus pandemiyasına qarşı tədbirlər çərçivəsində 25 yoxsul ölkənin mövcud borclarını azaltmaq barədə qərar verib.

“Report” İMF-in saytına istinadən xəbər verir ki, təşkilatın idarəçi direktoru Kristalina Georgiyeva qərar çərçivəsində həmin ölkələr ilkin mərhələdə qarşıdakı 6 ay ərzində İMF qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirmələri üçün təşkilatın Fəlakətlərin Qarşısını alma və Yardım Əmanəti (CCRT – The Catastrophe Containment and Relief Trust) tərəfindən 500 milyon ABŞ dolları məbləğində qrantlar alacaqlar. Bu vəsaitin 185 milyon ABŞ dolları Böyük Britaniya, 100 milyonu isə Yaponiya tərəfindən ayrılır.

Sözügedən qrantları alacaq ölkələr bunlardır: Benin, Burkina Faso, Çad, Əfqanıstan, Haiti, Komoro adaları, Konqo Demokratik Respublikası, Qambiya, Qvineya, Qvineya Bisau, Liberiya, Madaqaskar, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Mozambik, Nepal, Niger, Ruanda, San Tome və Prinsipi, Sierra Leone, Solomon adaları, Tacikistan, Toqo, Yəmən.