"Yoluxan insanların adını çəkmək tibbi etikaya sığmır”.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Diqqət mərkəzi-Yekun” verilişində deyib: "Adlar açıqlanarsa, biz onların şəxsi hüquqlarını pozmuş oluruq. Hətta koronavirusdan sağalan insanlarla bağlı onların razılığını alıb məlumatları vermişik”.