“Ermənistan prezidenti Armen SarkisyanCOVID-19-u ağır keçirir".

Bunu dövlət başçısının Mətbuat Xidməti açıqlayıb.

Qeyd olunub ki, A.Sarkisyan vəziyyəti stabilləşəndən sonra həkimlərin icazəsi ilə öz vəzifəsini icra etmək üçün Yerevana qayıdacaq.

Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVİD-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb. Cütlük hazırda Böyük Britaniyanın paytaxtı Londonda xəstəxanadadırlar. A.Sarkisyan Londona ayağından əməliyyat olunmaq üçün getmişdi.report