Türkiyənin Adıyaman şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan 17 yaşlı Gülsüm Yeşimkaya 89 saat sonra xilas edilmişdi.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, yeniyetmənin xilasedilməsinin detalları məlumat olub. Belə ki, onun olduğu bölgədə əvvəlcə Koreyalı xilasedicilər əməliyyat aparıblar. Lakin əməliyyatın təhlükəli olduğuna qərar verən əcnəbi xilasedicilər geri çəkilbilər. 

Daha sonra Türkiyənin mədən işçiləri əməliyyata müdaxilə edib. 27 saat çəkən təhlükəli əməliyyat sonrasında gənc qız xilas edilib. Onlar bunun üçün "donuz damı" adlanan üsuldan istifadə ediblər.