Danimarkanın paytaxtı Kopenhagendə iki şəxs silahlı hücum həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, hücum zamanı 30 yaşlarında bir nəfər ölüb, dörd nəfər yaralanıb. 

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Hücum ötən gecə paytaxt Kopenhagenin Kristianiya rayonunda baş verib. Kopenhagen polisi hücumun iki şübhəli tərəfindən həyata keçirildiyini və şübhəlilərin maska ​​taxdığını açıqlayıb.