"Hizbullah qruplaşmasının hücumları Livanı İsraillə müharibəyə sürükləyə bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Conatan Konrikusun müvafiq bəyanatı İsrailin "The Times of Israel" nəşrində yayımlanıb.

Konrikus deyib ki, İranın dəstəklədiyi Hizbullah terror qruplaşmasının İsrailə qarşı sərhədyanı hücumlarının artması daha genişmiqyaslı qarşıdurma qorxusunu artırır: "Hizbullah Livanı qazanacağı heç bir şey olmadığı, lakin çox şey itirə biləcəyi müharibəyə sürükləyir. Hərəkat qəsdən vəziyyəti gərginləşdirməyə davam edir".

Daha əvvəl İDF qeyd etmişdi ki, Hizbullahın silahlı qanadı ilə İsrail Müdafiə Qüvvələri arasında toqquşmalar son bir neçə gündə əhəmiyyətli dərəcədə artıb.