"ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol və onun 24 partiya üzvü əvvəllər blokdan çıxarılan və hazırda Qətər bankında olan İrana məxsus 6 milyard dolların həmişəlik dondurulmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Makkalın mətbuat xidmətinin yaydığı yazılı açıqlamada deyilir.

"Mən Prezident Co Bayden administrasiyasının İranla girov götürmə razılaşması nəticəsində keçən ay sərbəst buraxdığı 6 milyard dolları həmişəlik donduran bu qanun layihəsini təqdim etməkdən məmnunam. İran dünyada terrorizmin ən böyük sponsorudur. Biz onlara terror əməliyyatları üçün daha 6 milyard dollar verə bilmərik", - konqresmen qeyd edib.