ABŞ Konqresi Türkiyə ilə 40 ədəd yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün "X" səhifəsində məlumat yayıb.

"Bu həftə Konqres tərəfindən qəbul edilən Türkiyənin 40 ədəd yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını təsdiqləyən qərar irəliyə doğru böyük bir addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir", - səfirliyin bəyanatında deyilir.