İsrailin Baş Təhlükəsizlik Xidməti və Mossad kəşfiyyat xidməti oktyabrın 7-də bu ölkəyə hücumda iştirak edən HƏMAS yaraqlılarını izləmək və məhv etmək vəzifəsi daşıyan xüsusi əməliyyat mərkəzi yaradıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qəzet qeyd edir ki, yeni komanda mərkəzinin vəzifəsi İsrailə qəfil hücumda iştirak edən və böyük əksəriyyəti mülki şəxslər olan təxminən 1,4 min nəfərin ölümünə səbəb olan HƏMAS-ın Nuxba bölməsinin bütün yaraqlılarını müəyyən edib məhv etmək olacaq.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağına endirilən hava zərbələri nəticəsində Nuxba xüsusi təyinatlılarının bir neçə komandirinin məhv edildiyini açıqlamışdı.