"ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) direktoru Kristofer Rey iddia edir ki, Çin ilə əlaqəli hakerlər Amerikanın kritik infrastruktur sistemlərinə sızırlar". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

"Bizim kritik infrastrukturumuzu hədəf alan çinli hakerlərə çox az ictimai diqqət ayrılıb. Hər bir amerikalı üçün risklər bizim daha diqqətli olmağımızı tələb edir", - FBİ direktoru deyib.

Rey hesab edir ki, hakerlər tərəfindən hədəf alınan infrastrukturun çox hissəsi, xüsusən də neft və qaz kəmərləri və nəqliyyat sistemləri kiberhücumlara qarşı həssasdır.