"Argentinanın yeni hökuməti Venesuela, Nikaraqua və Kubaya səfir göndərməyəcək". 

İqtisadiyyat.az xəbər verir ki, yeni hökumətin qərarı ilə Argentina bu ölkələrdə müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq. 

"İnfobae"nin məlumatına görə, Argentina prezidenti Xavyer Miley xarici işlər naziri Diana Mondinoya beynəlxalq təşkilatlarda Venesuela, Nikaraqua və Kubaya qarşı daha sərt mövqe tutmaq üçün göstərişlər verib.

Bundan əvvəl Nikaraqua rəsmiləri Buenos-Ayresdəki səfirlərini geri çağıraraq, bu qərarı Mileyin komandasının qeyri-dost bəyanatlarına cavab olduğunu bildirmişdilər.