Birləşmiş Ştatlar administrasiyası Amerika qoşunlarını İsrailə göndərmək niyyətində deyil. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.

"Amerikanın qoşunlarını İsrail ərazisinə daxil etmək niyyəti və ya planı yoxdur. İsrail də bunu etməyə çalışmır", - o qeyd edib.