Nizami RPİ 24-cü və 25-ci polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də T.Abbasov küçəsindəki bir ofisdən noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fuad Bağırov saxlanılıb. 

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, araşdırmalarla onun rayon ərazisindəki bir klinikadan noutbuk, bir köşkdən isə 1120 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.